Modern.az

Əliməmməd Nuriyev möhtəşəm görüşlərini davam etdirir ®

Əliməmməd Nuriyev möhtəşəm görüşlərini davam etdirir ®

Təhsil

4 Noyabr 2010, 20:54

Namizədin seçicilərlə görüşündə izdiham yaşandı


71 saylı Masallı kənd seçki dairəsindən namizəd Əliməmməd Nuriyevin seçicilərlə görüşləri davam edir. Kotalan, Qızılavar, Ərkivan,  Gəyəçöl, Babaser, Bədəlan kəndlərinin ardından, o, Boradigah və Hişkədərə kəndlərində seçicilərlə görüşüb. Nüfuzlu kənd ağsaqqalları, ziyalılıar, din xadimlərinin qatıldığı görüşlərin hər birində 400-dəm çox seçici iştirak edib. Seçicilər namizədi böyük çoşqu ilə qarşılayıblar. Görüşdə çıxış edən ağsaqqallar, ziyalılar Əliməmməd Nuriyev haqda görüş iştirakçılarına məlumat verərək,  gənc yaşlarından bəri onun fəaliyyətindən söz açıblar. Bildiriblər ki,  Əliməmməd Nuriyev müəllim gənc yaşlarından zəhmətə alışıb, zəhmetkəş ailədə böyüyüb. O sadə insanları, hər birimizi başa düşməyə, anlamağı qabil bir insandır. Öz zəhməti ilə ucalıb,  halallıqla yaşayıb. O seçiciləri bizi Milli Məclisdə layiqli təmsil edəcək. Hər bir seçicinin vəkili olacaq.

Verdikləri dəstəyə, görüşə gəldiklərinə görə seçicilərə təşəkkür edən Əliməmməd Nuriyev bu bölgədə döğulmuş, böyüyüb-başa çatmış bir şəxs kimi onların problemləri barədə dərin bilgilərə sahib olduğunu açıqlayıb: “Hörmətli seçicilər, bu bölgədə doğulmuş, uzun müddət yaşamış bir insan kimi Sizi, hər birimizi  narahat edən problemlər barədə ətraflı bilgim var. Bu gün sizlərin gündəlik həyatda hansı problemlərlə üzləşdiyinizi yaxşı bilirəm. Bu problemlər yalnız Masallıya xas olan problemlər deyil. Nəzərə alaq ki, ölkəmiz gənc dövlətdir, inkişaf yolundadır. Son 20 ilə nəzər salsaq, təhlil etsək görərik ki, həllini gözləyən problemlər, həllini tapmış problemlərlə müqayisədə o qədər dəf edilməyəcək çətinliklər deyillər. Ölkəmiz nələrdən keçdi, hansı maneələri dəf edə bildi, hansı təhlükələrdən qurtuldu, konkret olaraq Cənub bölgəsi də,  haraya gəlib, hansı inkişaf səviyyəsinə çatıb. Bu gün ölkəmizin iqtisadı potensialı imkan verir ki,  növbəti mərhələdə bizi narahat edən sosial, iqtisadi və digər problemlərin uğurla həllinə nail olaq. Masallıda artıq bu proses başlanıb, cənab prezidentin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları çərşivəsində sadə insanların həyat şəraitinin yaxşılaşdırırlmasına, regionların iqtisadi inkişafına yönəlik ilər görülür. Tezliklə vətətndaşlarımızı daha çox narahat edən problemlərin əksəriyyəti də həll ediləcəck. Mən  sizinlə bir yerdə bu prosesə yardım etmək, Masallı rayonunda quruculuq, abadlıq işlərinin, sosial, iqtisadı  problemlərin həlli üçün görülən işlərin daha böyük vüsət alması üçün  çalışacağam”.

Seçicilərin suallarını cavablandırdıqdan sonra Əliməmməd Nuriyev bir daha seçicilərə çağrış edib: “Hörmətli seçicilər dar gündə Sizləri unudan və unudacaq, Sizləri indidən aldatmağa çalışan, yalan vədlər verənlərə yox deyin. 7 noyabrda seçki məntəqələrinə gəlin və hər zamankı kimi düzgün qərar verməyi bacardığınızı nümayiş etdirin. Seçiminzdə yanılmayın, Sınanmışı seçin!”


Seçki qərargahı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə