Modern.az

Timoşenko Yanukoviçin avtoparkından oğurlanan “Mercedes”də gəzib - VİDEO

Timoşenko Yanukoviçin avtoparkından oğurlanan “Mercedes”də gəzib - VİDEO

Dünya

30 Oktyabr 2015, 16:44


Ukraynalı fəallar Daxili İşlər Nazirliyindən bu ilin sentyabrında “Batkivşina” partiyasından keçmiş baş nazir Yuliya Timoşenkoya xidmət göstərən “Mercedes”in hansı əsaslarla alınması ilə maraqlanıb.

Modern.az xarici mediaya istinadən bildirir ki, söhbət qara rəngli zirehli və 2011-ci il istehsalı olan “Mercedes Benz S600 Limousine Lang” avtomobilindən gedir. Avtomobilin dəyərinin 800 min dollar olduğu bildirilir.

Məlumatda qeyd edilir ki, Ukrayna Daxili İşlər Nazirliyində “Batkivşina”dan alınan avtomobilin axtarışda olduğunu təsdiqləyiblər. Həmin avtomobilin 2014-cü ildə çevriliş zamanı keçmiş prezident Viktor Yanukoviçin avtomobil parkından oğurlandığı iddia edilir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!