Modern.az

Türkiyədə iki jurnalistin başı kəsildi

Türkiyədə iki jurnalistin başı kəsildi

Dünya

30 Oktyabr 2015, 17:15

Şanlıurfada ərəbcə həftəlik nəşr olunan “Ana Vətən” qəzetinin yazı işləri müdiri İbrahim Abdulqadir və müxbir Firaz Hamadi bıçaqla boğazları kəsilərək öldürülüb.

Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, suriyalı jurnalistlərin İraq-Şam İslam Dövləti (İŞİD) terrorçuları tərəfindən öldürüldüyü güman edilərkən 7 nəfər şübhəli saxlanılıb.

Hadisə oktyabrın 30-da günorta saatlarında Atatürk Məhəlləsində meydana gəlib. Suriyadakı vətəndaş müharibəsindən qaçaraq Şanlıurfaya yerləşən və kirayəyə götürdükləri evdə birlikdə qalan jurnalistlər İbrahim Abdulqadir ilə Firaz Hamadi, şəxsiyyətləri müəyyən olunmayan  adamlar tərəfindən öldürülüblər.

Üçmərtəbəli binanın ikinci mərtəbəsindəki mənzilə gələn yaxınları, onları boğazları kəsilmiş qanlar içində tapınca, polis və səhiyyə orqanlarına xəbər veriblər.

Azad Suriya Ordusuna üzv olduqları bildirilən suriyalı jurnalistlərin cəsədləri araşdırmanın ardından yarılmaq üçün meyitxanaya aparılıb. Bu vaxt bəzi yaxınları suriyalı jurnalistlərin İŞİD əleyhinə xəbər verdiklərini, buna görə təhdidlə üzləşdiklərini irəli sürüblər.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir