Modern.az

Deputatlığa namizədlərdən virtual səsvermə təşkil edənlərə ciddi ittihamlar...

Deputatlığa namizədlərdən virtual səsvermə təşkil edənlərə ciddi ittihamlar...

4 Noyabr 2010, 23:57

Builki parlament seçkilərində tətbiq olunan yeniliklərdən biri də informasiya-kommunikasiya texnologiyalarından maksimum yararlanmağa cəhdlərin olmasıdır.

Bəzi deputatlığa namizədlər real həyatda olduğu kimi, virtual aləmdə də ciddi mübarizə aparırlar. Bu seçkilərdə ilk dəfə olaraq geniş şəkildə və bütün dairələr üzrə bir neçə İnternet resursunda səsvermələr təşkil edilib.

Lakin virtual aləmdə təşkil olunan səsvermələrə münasibət birmənalı deyil. Konkret olaraq namized.com-dakı səsverməni buna misal göstərmək olar.

Artıq ayrı-ayrı deputatlığa namizədlər bu İnternet resursunda təşkil olunan virtual səsverməni boykot etdiklərini bəyan edərək namized.com-u “reketlikdə” suçlayıblar. Maraqlıdır ki, bu sırada həm iqtidaryönlü, həm müstəqil, həm də müxalifətçi deputatlığa namizədlər var.

Məsələn, 34 saylı dairədən deputatlığa bitərəf namizəd Azər Həsrət bildirib ki, o, uzun müddət namized.com-un səsverməsində 1-ci yerdə gedib. Amma həmin saytın idarəçiləri bir gecənin içində elə fantastika ediblər ki, hamıdan axırda qalan digər namizəd 1-ci yerə çıxarılıb, həm də böyük səs faizi ilə, hansısa marağın qarışılığında.

”Ümumi rəyim bundan ibarətdir ki, namized.com sadəcə olaraq bu yolu tutmaqla keçirilən seçkilərə kölgə salmaq, ictimai rəyi çaşdırmaq, ölkədə süni narazılıq yaratmaq xətti yürütməkdədir. Əlbəttə ki, bu fikirləri təkcə özümə aid olan rəqəmlərə əsaslanaraq dilə gətirmirəm. Məsələ ondadır ki, bir neçə başqa namizəd şəxsən mənə bildirib ki, onlara da pulla “reklam” olunmaq təklif edilib. Ancaq həmin namizədlər də mənim kimi namized.com-un bu təklifini rədd ediblər və bundan sonra mənim kimi onlar da “cəzalanıb””-deyə Azər Həsrət bəyan edib.

Sonaradan məlum olub ki, namized.com müxalifətçi namizəd Rauf Arifoğluna, bitərəf Elmira Axundovaya da rüşvət müqabilində 1-cilik təklif edibmiş.
Bitərəf deputat Azay Quliyev və YAP-çı Eldar İbrahimovun da yaxın ətrafından verilən məlumata görə, bu namizədlərdən də 1000 manat istənilib ki, namized.com-da 1-ci edilsinlər. Amma həmin deputatlığa namizədlər rədd cavabı veriblər.  

Adəm Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?