Modern.az

ABŞ İŞİD-lə mübarizə üçün Suriyaya ordu göndərir

ABŞ  İŞİD-lə mübarizə üçün Suriyaya ordu göndərir

Dünya

30 Oktyabr 2015, 22:15

ABŞ ordusunda Xüsusi Qüvvələrə məxsus 50-yə yaxın əsgər İraq-Şam İslam Dövləti (İŞİD) ilə mübarizəyə dəstək üçün məsləhətçi olaraq Suriyanın şimalına göndərilir. Modern.az xarici mediaya istinadən bildirir ki, ABŞ İŞİD-ə qarşı hava hücumlarında iştirak etmək üçün Türkiyədəki İncirlik bazasına A-10 və F-15 döyüş təyyarələri yerləşdirmək qərarına da gəlib.

   ABŞ prezidenti Barak Obama terror təşkilatı ilə mübarizəni gücləndirmək üçün bir sıra qərara imza atıb. Obamanın təsdiq etdiyi qərara əsasən ABŞ-ın xüsusi hərəkat birliyinə aid 50-yə yaxın hərbi müşavir İŞİD ilə döyüşən qruplara yardım etmək üçün Suriyanın şimalına göndəriləcək. ABŞ-ın hazırda İraqda yerli təhlükəsizlik qüvvələrini maarifləndirmək və ABŞ-ın komplekslərini qorumaq üçün təxminən 3 min 300 əsgəri var. Ancaq Vaşinqton rəhbərliyi 4 ildir vətəndaş müharibəsinin davam etdiyi Suriyaya ilk dəfə əsgər göndərir.  

Obama həmçinin İŞİD-ə qarşı hava hücumlarında iştirak etmək üçün İncirlik hava bazasına A-10 və F-15 təyyarələri yerləşdirilməsi qərarını da təsdiq edib.   

Vaşinqton Suriyanın qonşuları Livan və İordaniyadakı İŞİD mexanizmləri və liderlərinin hədəf alınması üçün bu ölkələrlə hərbi əməkdaşlığı inkişaf etdirmək qərarı da verib.   

ABŞ Konqresinin Silahlı Qüvvələr Komitəsinin sədri Mac Thornberri isə Suriyaya əsgər göndərmək qərarının yubandığını bəyan edib.

Modern.az 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır