Modern.az

Rusiya təyyarəsini İŞİD vurub

 Rusiya təyyarəsini İŞİD vurub

Dünya

31 Oktyabr 2015, 20:15

İslam ekstremistləri (İŞİD) bu gün Misirdə baş verən dəhşətli təyyarə qəzası ilə bağlı məsuliyyəti öz üzərinə götürüblər.

  Modern.az “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, məlumatı Reuters yayıb. İŞİD iddia edir ki, rusların təyyarəsini ekstremist döyüşçülər Sinay yarımadası səmasında vurublar. Artıq sözügedən xəbər İŞİD-in qeyri-rəsmi saytı olan “Amaq”da da yerləşdirilib.  

Xatırladaq ki, А-320 təyyarəsinin göyərtəsində 217 sərnişin, 7 ekipaj üzvü olmaqla ümumilikdə 224 nəfər uçub. Onlardan heç biri sağ qalmayıb.  

Misir xilasedicilərinin məlumatına görə isə Rusiya təyyarəsi texniki nasazlıq səbəbindən qəzaya düşüb.  

Təyyarə Misirin kurort zonası olan Şarm-aş-Şeyxdən Sankt-Peterburda uçurmuş. Hadisə ilə əlaqədar olaraq Rusiya prezident Vladimir Putin ölkədə matəm elan edib.   

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir