Modern.az

ABŞ Əl-Qaidənin düşərgələrinə hücum edib

ABŞ Əl-Qaidənin düşərgələrinə hücum edib

31 Oktyabr 2015, 23:00

ABŞ-ın yüksək səviyyəli hərbi rəsmisi Birləşmiş Ştatların hərbi qüvvələrinin Əfqanıstanda 14 ildir gedən müharibədə Əl-Qaidənin ən böyük təlim düşərgələriinə qarşı hücum keçirdiyini bildirib.

  Modern.az "Report"-a istinadən bildirir ki, ABŞ-ın Əfqanıstanda hərbi qüvvələrinin komandanı, ordu generalı Con Kampbell Washington Post qəzetinə müsahibədə deyib ki, hücum zamanı Əl-Qaidənin 160-ya qədər fəalı qətlə yetirilib. Xüsusi təyinatlı qüvvələrin təxminən 200 əsgərinin iştirak etdiyi genişmiqyaslı hücum zaman havadan zərbələr endirilib.   

Generalın sözlərinə görə, əməliyyat oktyabrın 11-də Əfqanıstanın Pakistanla sərhədində təlim düşərgələrinin yerləşdiyi 80 kvadrat km.-lik ərazidə baş verib. ABŞ hərbi qüvvələrinin əməliyyatı prezident Barak Obamnın Əfqanıstanda 2016-cı ildə 9 min 800 və 2017-ci ildən sonra 5 min 500 nəfərdən ibarət əsgəri qüvvərinin saxlanacağını elan etməsindən bir neçə gün öncə keçirilib.  

“Washington Post” qəzetinin bildirdiyinə görə, yeni informasiya 2001-ci ildə Birləşmiş Ştatlara qarşı terror hücumlarından 14 il sonra ABŞ hərbi qüvvələrinin Əfqanıstanda " yaraqlıları tapıb hədəf alması " missiyasının effektivliyi barədə suallar qaldırır. 11 sentyabr terror hücumlarından sonra Birləşmiş Ştatlar Əfqanıstada mənzillənən yaraqlılara qarşı hərbi hücumlara başlamasına yol açmışdı.   

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi