Modern.az

Tanınmışlardan seçki açıqlamaları: “Gedə bilməyəcəm...”

Tanınmışlardan seçki açıqlamaları: “Gedə bilməyəcəm...”

Mədəni̇yyət

1 Noyabr 2015, 16:21

 

Bu gün parlamentə növbəti seçkilər keçirilir. Müşahidəçilərin fikrincə, seçicilərin bu dəqiqələrədək səsvermədə iştirakı qənaətbəxşdir. Bəs, hamının tanıdığı mədəniyyət xadimləri seçkilərdə nə dərəcədə aktiv  iştirak edir?

Modern.az saytı xalq artistlərindən fikir öyrənib.

Xalq artisti, aktyor Tariyel Qasımov günün sonuna qədər mütləq səs verəcəyini qeyd edib: “İşim o qədər çoxdur ki, bu dəqiqəyə qədər çatdıra bilməmişəm. Amma günün sonuna qədər mütləq gedib səs verəcəyəm. Düşünürəm ki, hər bir kəs səs verməlidir”.

Xalq artisti Arif Babayev isə səhhətindəki problem səbəbindən səsverməyə qatılmayıb: “Yəqin ki, səsimdən hiss edirsiniz, möhkəm soyuqlamışam. Odur ki, heç bir iş görə bilməmişəm”.

Digər xalq artisti Gülyaz Məmmədova isə Yasamal rayonundakı dairələrdən birinin seçicisi olduğunu və səsvermədə mütləq iştirak edəcəyini bildirib.

Xalq artisti, rejissor Əbdül Mahmudbəyov onunla əlaqə yaratdığımız zaman səsvermədən gəldiyini qeyd etdi: “Gedib səsimi verib gəldim. Mən hər zaman seçkilərdə iştirak edirəm. Hər bir vətəndaş seçkidə iştirak etməlidir ki, onun səsvermə hüququndan başqa məqsədlər üçün istifadə olunmasın.

Mən də buna görə seçkidə iştirak etdim. Nəsimi rayonundakı dairələrin birində, 23 saylı məktəbdəki seçki məntəqəsində səsimi verdim”.   

Elmin NURİ

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü