İraq-Şam İslam Dövləti (İŞİD) terrorçularının İraqın Mosul şəhərində girov götürülən o vaxt Türkiyənin Mosuldakı baş konsulu Öztürk Yılmaz səsvermənin ilk nəticələrinə görə millət vəkili seçilib. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, iyunun 7-də keçirilən seçkilərdə Ardahanda 1 vəkilini Xalqların Demokratik Partiyasına (HDP) uduzan Cümhuriyyət Xalq Partiyası (CHP) noyabrın 1-də keçirilən təkrar seçkilərində Mosuldakı baş konsulu Öztürk Yılmazı namizəd göstərmişdi.
İlkin nəticələrə görə Ardahanda 2 millət vəkili yerini hakim Ədalət və İnkişaf Partiyası (AKP) və CHP paylaşıblar. Beləcə CHP-nin siyahısındakı birinci deputatlığa namizədin parlamentə yolu açılıb.
Modern.az