Modern.az

Partiya sədri parlamenti hədələdi: “Sizi erməni ssenarisi üzrə güllələyərəm!”

Partiya sədri parlamenti hədələdi: “Sizi erməni ssenarisi üzrə güllələyərəm!”

Dünya

2 Noyabr 2015, 16:09

Ukraynanın Radikal Partiyasının sədri Oleq Lyaşko Ali Radanı ictimaiyyətin tələblərinə məhəl qoymayacağı təqdirdə “erməni ssenarisi” üzrə güllələyəcəyi ilə hədələyib.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə partiya sədri parlament tribunasından çıxışı zamanı deyib.

“Sizi gəlib devirəcək yeni inqilab olacaq. Ən pis halda isə “erməni ssenarisi olacaq” – gəlib sizi güllələyəcəklər. Yeni inqilab astanasındayıq”.

Hakimiyyəti kommunal tariflərin artırılmasında, siyasi opponentlərini təqib etməkdə və antikorrupsion orqanlara təzyiq göstərməkdə ittiham edən Lyaşko “erməni ssenarisi” deyərkən 1999-cu ilin oktyabrında Ermənistan parlamnetində baş verən terror aktını nəzərə tutub.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi