Modern.az

Kosmosda oksigen tapıldı – MARAQLI

Kosmosda oksigen tapıldı – MARAQLI

3 Noyabr 2015, 00:35

Günəşin necə yaranmasına dair nəzəriyyələr yanlış çıxa bilər.

Modern.az Axar.az –a  istinadən xəbər verir ki, Avropa Kosmik Agentliyi tərəfindən inkişaf etdirilən və Rozetta adlı kosmik gəminin daşıdığı “Fiale” (Philae) adlı qurğu 67P şifrəli quyruqlu ulduzu əhatə edən qaz buludunun daxilində oksigen molekulları tapıb.  

  Bu mövzuda araşdırma aparan elm adamları qaz buludunda tapılan sərbəst oksigenin su buxarı, karbon monoksid və karbondan sonra 4-cü qaz olduğunu açıqlayıb.  

Alimlərin sözlərinə görə, yeni kəşf günəş sisteminin nə cür meydana gəldiyinə dair bu günə qədər olan nəzəriyyələri alt-üst edə bilər.  

Bern Universitetinin professoru Katrin Altveg bu məlumatın sənədlərini ilk dəfə görəndə bunun yalnış olduğunu düşünüb. O, daha sonra məlumatın doğruluğuna əmin olsa da, “Oksigen ora necə gəlib” sualının üzərində araşdırma aparmağın lazım olduğunu bildirib.

Qeyd edək ki, “Filae” adlı modul 12 noyabr 2014-cü il tarixində 67 P Çuryumov-Gerasimenko adlı kometaya enərək, oradan Yerə məlumat ötürməyə başlayıb.   

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı