Modern.az

Olland Putini Parisə dəvət edib

Olland Putini Parisə dəvət edib

3 Noyabr 2015, 13:56



Fransa prezidenti Fransua Olland Rusiyanın dövlət başçısı Vladimir Putini BMT-nin iqlim dəyişikliyi üzrə konfransında iştirak üçün Parisə dəvət edib. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda Fransanın dövlət başçısı “Europe 1” radio stansiyasına açıqlama verib.

Olland deyib ki, Fransa və Rusiya arasında dünya siyasətindəki çoxsaylı məsələlərlə bağlı fikir ayrılığı olsa da, ancaq iqlim məsələlərində Moskva ilə Paris bir yerdə olmalıdır. O qeyd edib ki, indiki halda bütün bəşəriyyətə dəxli olan problemdən söhbət gedir.

İqlim dəyişikliyinə dair BMT-nin 21-ci konfransı Paris ətrafındakı Le-Burjedə noyabrın 30-dan dekabrın 11-dək keçiriləcək. Tədbirdə dünyanın 195 ölkəsi iştirak edəcək.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər