Modern.az

Əhəd Abıyev: "...artıq deputatlığa iddialı deyiləm..."

Əhəd Abıyev: "...artıq deputatlığa iddialı deyiləm..."

6 Noyabr 2010, 14:21


31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Əhəd Abıyev bu gün Modern.az saytına açıqlamasında deyib ki, o, artıq deputatlığa iddialı deyil.
Qeyd edək ki, ötən seçkilərdə Masallıdan deputat seçilən Yeni Azərbaycan Partiyasının üzvü Ə.Abıyev bu dəfə partiyanın vahid namizədlər siyahısına salınmamışdı.
O, namizədliyini fərdi qaydada 31 saylı Suraxanı ikinci seçki dairəsindən irəli sürüb. Bu dairədən AXCP sədri Əli Kərimli də deputat mandatı uğrunda mübarizə aparır.

 “15 il parlamentin üzvü olmuşam. İndi prezident hara göndərsə, ora gedəcəyəm. Namizədliyimi irəli sürməkdə məqsədim AXCP sədri Əli Kərimli barədə həqiqətləri ictimaiyyətə çatdırmaq olub”-deyə Ə.Abıyev bildirib.

Kampaniyanın əvvəlindən millət vəkili ilə bağlı ziddiyətli məlumatlar yayılırdı. Masallıdan namizəd ola bilməyən Ə. Abıyevin sonradan müstəqil olaraq 31 saylı Suraxanı seçki dairəsi üzrə rəsmən qeydə alındı. O bizə açqlamasında DSK-ya təqdim etdiyi 750 imzaının hamısı düzgün olduğunu və  sivil qaydada mübarizə aparacağını demişdi.

Daha sonra bir müddət onun adı MSK-nın rəsmi saytına salınmadı. Bizimlə söhbətdə bunu təəcüblə qarşılayan Ə. Abıyev ona qarşı hansısa qüvvələrin çirkin oyun apardığını bildiriərək məsələni araşdıracağını demişdi. Əhəd Abıyevin müdaxiləsindən sonra adı namizədlər siyahısına salınmışdı. YAP bu dairədən heç bir namizəd irəliü sürməyib və heç kimi dəstəkləmədiyini bəyan etmişdi.

Qeyd edək ki, 31 saylı Suraxanı seçki dairəsindən AXCP sədri Əli Kərimli, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deputatlığa namizəddir. Həmin dairədən 10–a yaxın namizəd var. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir