Modern.az

Balkan ölkələrində hərbi münaqişə başlana biləcəyi xəbərdarlığı edildi

Balkan ölkələrində hərbi münaqişə başlana biləcəyi xəbərdarlığı edildi

Dünya

3 Noyabr 2015, 17:57


Almaniya kansleri Angela Merkel, ölkəsinin qaçqınların girişini əngəlləmək üçün Avstriya sərhədini bağlaması halında, Balkan ölkələrində hərbi münaqişə başlana biləcəyi xəbərdarlığı edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Merkel, Macarıstanın sərhədlərini bağlanmasında olduğu kimi, Almaniyanın da Avstriya sərhədi bağlaması halında bölgədə qarışıqlıq baş verə biləcəyini deyib.

Balkanlarda gərginliyin artdığını qeyd edən Merkel bildirib ki, yeni hərbi münaqişələrin başlanmasını istəmir.

Pis bir tablo çəkmək istəmədiyini dilə gətirən Merkel, anlaşılmazlıqların qısa müddətdə münaqişəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

Emil Rasim  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır