Modern.az

Türkiyədə böyük bir terrorun qarşısı alındı

 Türkiyədə böyük bir terrorun qarşısı alındı

Dünya

4 Noyabr 2015, 00:03

Türkiyənin Batman bölgəsinin Sason rayonunda terror qruplaşması PKK-ya mənsub 50 kiloqramlıq partlayıcı aşkarlanıb. Modern. az  Türkiyə mediasına istinadən bildirir ki, Batman Valiliyindən verilən açıqlamaya görə terroristlər Sason rayonunun aşağı Kilimli məhəlləsində yola partlayıcı maddə yerləşdiriblər. 2 qutu içərisində asfalt örtüyünün altına yerləşdirilən 50 kiloqramlıq əldə düzəldilən partlayışı rayonun polis qüvvələri tərəfindən zərərsizləşdirilib:

“Nəzarət altında partlama nəticəsində hər hansı can və mal itkisi yaşanmayıb. Sadəcə kənd yolunda 5 metrə enliliyində və 2 metrə dərinliyində çuxur yaranması səbəbindən yol istifadəyə bağlanıb.”

Təhlükəsizlik qüvvələri partlayıcı maddə hazırladığı güman edilən bir şəxsin evində axtarış aparıblar və partlayıcı hazırlamaq üçün lazım olan məhsullar aşkar ediblər. Həmin şəxs nəzarətə götürülüb.   

Modern.az      
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!