Modern.az

Rusiya təhlükəsinə görə 9 ölkə NATO-dan yardım istədi

Rusiya təhlükəsinə görə 9 ölkə NATO-dan yardım istədi

4 Noyabr 2015, 11:13


Şərqi və Mərkəzi Avropanın 9 ölkəsi rəsmi Brüsselə müraciət edərək NATO-nun bölgəyə əlavə qoşun və texnika yeritməsini istəyib.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə Rumıniya prezidenti Klaus Yohhanis açıqlama verib.

Onun sözlərinə görə, Slovakiya, Çexiya, Rumıniya, Bolqarıstan, Macarıstan, Polşa, Latviya, Litva və Estoniya Rusiya təhlükəsinə qarşı əlavə kömək almalıdır.   NATO-nun bugünkü sammitində müraciətə baxılaraq qərar veriləcək.    

Vüqar İsmayılov

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir