Modern.az

Müdafiə Nazirliyinin rəsmisi: “Şəhidlərimizin harada dəfn edilməsi ilə bağlı ictimaiyyətə xəbər veriləcək”

Müdafiə Nazirliyinin rəsmisi: “Şəhidlərimizin harada dəfn edilməsi ilə bağlı ictimaiyyətə xəbər veriləcək”

Təhsil

6 Noyabr 2010, 17:56

Ermənilərdən alınıb Bakıya gətirilən şəhidlərimiz - Milli Qəhrəman Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovun cəsədlərini Müdafiə Nazirliyinin (MN) səlahiyyətli nümayəndələri də müşayət edir. Bu barədə Modern.az-a MN-in mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu  məlumat verib. Onun sözlərinə görə, həlak olmuş hərbçilərin dəfni müəyyən prosedur qaydalarına uyğun olaraq həyata keçiriləcək.

“Həlak olmuş hərbçilərin nə zaman və harada dəfn edilməsi üçün müəyyən prosedur qaydaları var. Bununla bağlı ictimaiyyət məlumatlandırılacaq”-deyə E.Sabiroğlu bildirib.

Qeyd edək ki, Milli Qəhrəman Mübariz İbrahimovun və baş leytenat Fərid Əhmədovun dəfnində müdafiə naziri Səfər Əbiyevin də iştirakı nəzərdə tutulur.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə