Modern.az

Sudandakı təyyarə qəzasında 5 erməni ölüb - VİDEO

Sudandakı təyyarə qəzasında 5 erməni ölüb - VİDEO

4 Noyabr 2015, 15:43

Cənubi Sudanda baş verən qəza zamanı 5 Ermənistan və 1 Rusiya vətəndaşı həlak olub. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Cənubi Sudan prezidentinin xüsusi nümayəndəsi xüsusi brifinq zamanı deyib.

Onun sözlərinə görə, onlar təyyarənin ekipaj üzvləri olub, bundan başqa, təyyarədə 12 Cənubi Sudan vətəndaşı da olub.

Təyyarənin Cuba hava limanı yaxınlığında yerləşən fermaya düşməsi səbəbindən yerdə də 20-dən artıq insan həlak olub. Hazırda qəza yerində axtarış tədbirləri davam etdirilir.

 



Vüqar İsmayılov 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı