Modern.az

Bakıda “Mübariz İbrahimov” həyəcanı....

Bakıda “Mübariz İbrahimov” həyəcanı....

Təhsil

6 Noyabr 2010, 18:05

Vətənpərvər ruhlu gənclər cənazəni gətirən maşınları qarşılamaq üçün hazırlıq görürlər

Fəal gənclərdən ibarət qyrı-ayrı  qruplar düşmənlə döyüşdə qəhrəmancasına həlak olmuş Milli Qəhrəman Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovun cənazəsini qarşılamaq üçün hazırlaşırlar. Vətənpərvər ruhlu gənclər  bunun üçün sosial şəbəkələrdə və digər vasitələrlə bir-biriləri ilə əlaqə saxlayaraq cənazə gətirən maşınları qarşılamaq üçün hazırlıq görürlər.

Qarabağ Azadlıq Təşkilatı da həlak olmuş qəhrəmanların qarşılanması üçün bu gün addımlar atacaq. QAT sədri Akif Nağı Modern.az-a açıqlamasında deyib ki, təşkilatın üzvləri və gənc fəallar meyitlərin müayinə olunacağı Klinik Tibbi Mərkəzin qarşısına yığışacaqlar.

Qeyd edək ki, hər iki cəsədin axşam saatlarında Bakıya çatacağı və Kliniki –Tibbi Mərkəzə təhvil veriləcəyi gözlənilir. 


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə