Modern.az

Seçki günü hava yağmursuz keçəcək

Seçki günü hava yağmursuz keçəcək

Təhsil

6 Noyabr 2010, 18:25

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında noyabrın 7-də havanın dəyişkən buludlu, yağmursuz, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-13, gündüz 18-20 dərəcə isti təşkil edəcək.

Noyabrın 8-də havanın dəyişkən buludlu, arabir tutulacağı gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi günün ikinci yarısında şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-12, gündüz 18-21 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 7-8-də əsasən yağmursuz, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, havanın temperaturu gecə 4-9, gündüz 16-21 dərəcə, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə