Modern.az

Hakimiyyət hüquq müdafiəçisinə qızına toy etməyə imkan vermir

Hakimiyyət hüquq müdafiəçisinə qızına toy etməyə imkan vermir

4 Noyabr 2015, 20:45

Özbəkistanda hüquq müdafiəçisi Məlahət Eşankulova iddia edir ki, hakimiyyət ona qızına toy etməyə mane olur. Modern.az xarici mediaya istinadən bildirir ki, o, bu haqda prezident İslam Kərimova və baş nazir Şovkat Mirzəyeva açıq məktubunda yazıb.

Hüquq-müdafiəçisi bəyan edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Daşkənddə toyun keçiriləcəyi restoranın sahibinin yanına gələrək noyabrın 10-na nəzərdə tutulan mərasimdən imtina etməsinə əmr veriblər.  

“Şadlıq evinin sahibinə deyiblər ki, əgər toy olarsa, bütün qonaqları küçəyə qovub, mərasim zalını bağlayacaq, audit yoxlması təyin ediləcək və elə edəcəklər ki, ora birdəfəlik bağlanacaq”, - qadın deyib.  

Eşankulova Özbəkistanda uşaqların məcburən pambıq yığıma cəlb edilməsi faktlarının araşdırılması ilə məşğuldur.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?