Modern.az

Arvadını öldürən kişi: “Cinlər məni tutmağa çalışırdı”

Arvadını öldürən kişi: “Cinlər məni tutmağa çalışırdı”

4 Noyabr 2015, 21:30

İqdırda şizofreniya müalicəsi görən 27 yaşlı Ercan Akkuş yuxudan oyatdığı 28 yaşlı həyat yoldaşı Dilber Akkuşu öldürüb, 23 yaşlı qardaşı Murat Akkuşu ağır yaralayıb. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Ercan Akkuş hadisədən sonrası, “Cinlər gəlib, məni tutmağa çalışdılar”, - deyərək ağlayıb.

Hadisə bu gün saat 04 radələrində Riza Yalçın küçəsindəki bir mənzilin 5-ci mərtəbəsində baş verib. İddiaya görə, birdən-birə oyanan Ercan Akkuş əlinə bıçaq alaraq qışqırmağa başlayıb. “Öldürəcəklər bizi, hücum edirlər. Hamımızı məhv edəcəklər”, - deyə səslənən Ercanın qışqırtılarına həyat yoldaşı Dilber ilə birlikdə qardaşının evində qonaq olan Murat oyanıb. 

Ercan onu sakitləşdirməyə çalışan yoldaşını ürəyindən bıçaqlayıb. Digər otaqdan onu sakitləşdirməyə gələn qardaşı Muratı da kürəyindən bıçaqlayaraq ağır yaralayan Ercan “Cinlər gəlib, məni yaxalamağa çalışıblar”, - deyərək göz yaşı töküb. 

Qardaşının xəbər verməsindən sonra hadisə yerinə polis briqadaları və təcili tibbi yardım maşını gəlib. Evdə olan Ercan saxlanılıb.Təcili tibbi yardım maşını ilə İqdır Dövlət Xəstəxanasına aparılan yaralılardan Dilbər Akkuşu bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb, Muratın müalicəsi isə davam edir. Tikintilərdə fəhlə kimi çalışan biri 1 aylıq, digəri 2 yaşında olan 2 uşağı olan Ercan polisdəki ifadəsi alındıqdan sonra məhkəməyə çıxarılıb. O, təxminən 1 ildir şizofreniyadan müalicə olunurdu. 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi