Neftin dünya bazarında qiyməti qarşıdakı 5 ildə aşağı səviyyədə qalacaq. Bu barədə OPEK-in “Röyter”in əlinə keçən gizli hesabatında bildirilir.
Modern.az Müsavata istinadən xəbər verir ki, OPEK ekspertlərinin qiymətləndirməsinə görə, 2020-ci ilədək neftin qiyməti ildə orta hesabla 5 dollar qalxacaq ki, bu da əksər neft ölkələrinin maliyyə durumuna neqativ təsir edəcək.Bununla belə, təşkilat kartelin bazardakı payının saxlanması üzrə strategiyasını daha doğru hesab edir, nəinki hasilatı azaltmaqla qiyməti süni şəkildə qaldırmaq strategiyasını.
“Ehtimal olunur ki, qeyri-ənənəvi yataqlardan neft hasilatı 2020-ci ildə pik həddə çatacaq, sonra isə azalmağa üz tutacaq” – hesabatda qeyd olunur.
Modern.az