Modern.az

Marqaret Tetçirin əşyaları hərraca çıxarılacaq - FOTOLAR

  Marqaret Tetçirin əşyaları hərraca çıxarılacaq  - FOTOLAR

5 Noyabr 2015, 01:11

Böyük Britaniyanın Viktoriya və Albert muzeyi əfsanəvi baş nazir Marqaret Tetçerin şəxsi əşyalarını sərgiləməkdən imtina edib. Modern.az APA-ya istinadən xəbər verir ki, ona görə də “Dəmir Ledi”-nin əşyaları "Christie's" hərrac evinə verilib. 

Növbəti ayda Britaniyanın sabiq baş nazirinin şəxsi əşyaları hərraca çıxarılacaq. Bura zinət əşyaları, suvenirlər, o cümlədən qiyməti təxminən 15 500 dollar təşkil edən gəlinlik də daxildir. 

Xatırladaq ki, Marqaret Tetçer toyunda ənənəvi deyil, tünd-göy məxmər parçadan tikilən gəlinlik donu geyinib.

Qeyd edək ki, Mühafizəkarlar Partiyasına rəhbərlik edən Marqaret Tetçer 1979-90-cı illərdə Böyük Britaniyanın baş naziri olub. Siyasətdəki sərt mövqeyinə görə "Dəmir Ledi" ləqəbi ilə tanınıb. Böyük Britaniyanın tarixində yeganə qadın baş nazirdir.  

Modern.az

FOTOLAR 


 

 

 

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər