Modern.az

Dünyanın ən çiçəklənən ölkələri: Azərbaycan regionda liderdir - SİYAHI

Dünyanın ən çiçəklənən ölkələri: Azərbaycan regionda liderdir - SİYAHI

Dünya

5 Noyabr 2015, 12:09

ABŞ-ın “Legatum İnstitute” mərkəzi dünyanın ən çiçəklənən ölkələrinin yer aldığı illik reytinq cədvəlini dərc edib. Modern.az mərkəzə istinadən xəbər verir ki, reytinq tərtib olunarkən həm obyektiv, həm də subyektiv göstəricilər nəzərə alınır. Sosial kapital, idarəetmə və şəxsi azadlıqlar ölkələrin siyahıda irəliləməsi üçün əsas amillər olur.

“Legatum İnstitute” mərkəzinin 2015-ci il üçün açıqladığı indeks cədvəlində Azərbaycan dünyanın 71-ci ən çiçəklənən ölkəsi olub. Azərbaycan iqtisadi göstəricilərinə görə dünyada 51-ci, sahibkarlığa yaradılan şəraitə görə 70-ci, idarəetməyə görə 94-cü, təhsilə görə 82-ci, sağlamlıq cəhətdən 68-ci, təhlükəsizliyə görə 71-ci, fərdi azadlığa görə 92-ci və sosial kapital həcminə görə 80-ci pilləni tutub.

Çiçəklənən ölkələr reytinqində qonşu dövlətlərdən Rusiya 58-ci, Türkiyə 78-ci, Gürcüstan 80-ci, Ermənistan 93-cü, İran 106-cıdır.

Modern.az dünyanın ən çiçəklənən və tənəzzüldə olan ölkələrinin onluğunu təqdim edir.

1. Norveç                                                                        133. Anqola
2. İsveçrə                                                                        134. Sudan
3. Danimarka                                                                  135. Yəmən
4. Yeni Zelandiya                                                            136. Suriya
5. İsveç                                                                            137. Konqo
6. Kanada                                                                        138. Burundi  
7. Avstraliya                                                                    139. Çad          
8.Hollandiya                                                                    140. Haiti
9. Finlandiya                                                                    141. Əfqanıstan
10. İrlandiya                                                                    142. Mərkəzi Afrika Respublikası

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir