Seçkini işıqlandıran jurnalistlər tərəfindən Azərbaycan Mətbuat Şurasının “qaynar xətt”inə hər hansı məlumat daxil olmayıb. KİV təmsilçilərinin seçki günü peşə fəaliyyətlərini yerinə yetirmələrində yarana biləcək mümkün problemlərin operativ aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılan “qaynar xətt”in növbəti məlumatı saat 14.00-da yayımlanacaq. Bu barədə Mətbuat Şurası məlumat yayıb.
Qey edək ki, Şuranın (012) 441 35 30; (012) 441 35 92; (012) 441 35 94 nömrələri saat 19.00-dək “qaynar xətt” rejimində işləyəcək.