Modern.az

Yeni parlament İran-Azərbaycan əlaqələrinin daha da inkişafina təkan verəcək

 Yeni parlament İran-Azərbaycan əlaqələrinin daha da inkişafina təkan verəcək

Dünya

5 Noyabr 2015, 21:30

 

Azərbaycanda yeni parlamentin formalaşması rəsmi Tehran ilə Bakı arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin daha da inkişafına təkan verəcək. Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mərziyyə Əfğam xarici jurnalistlər üçün Tehranda keçirdiyi ənənəvi mətbuat konfransında deyib. 

Nazirliyin rəsmisi parlament seçkilərinin sabitlik şəraitində və qanunauyğun keçdiyini bildirib, bu münasibətlə Azərbaycan dövlətini və xalqını təbrik edib.

Modern.az


Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür