Modern.az

Əli Kərimlinin dairəsi ən az səs verən dairədir: 2,82 faiz!

Əli Kərimlinin dairəsi ən az səs verən dairədir: 2,82 faiz!

Təhsil

7 Noyabr 2010, 11:45

Saata 10 –a qədər seçicilərin ən az səs veridiyi dairə 31 saylı Suraxanı ikinci seçki dairəsidir. Modern.az “Seçkilər” İnformasiya Mərkəzinə istinadən bildirir ki, burada saat 10-a qədər seçicilərin 2,82 faizi səs verib. Dairədə 37 min 950 seçici qeydiyyatdadır.  Bu dairədə AXCP sədri Əli Kərimli, Əhəd Abıyev, Hafiz Hacıyev, Fərəc Quliyev və digərləri mübarizə aparır.

22 saylı Nəsimi ikinci seçki dairəsi də passivliyi ilə diqqəti çəkir. Saata 10-a qədər bu dairə üzrə cəmi 5, 55 faiz seçici səs verib. 25 saylı Nizami ikinci seçki dairəsində 4,34 faiz, 33 saylı Xətai birinci seçki dairəsi isə 4,37 faiz seçici səs verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə