Modern.az

“Qarabağ”lı namizəd seçkilərə müdaxilə ilə bağlı açıqlama yayıb

“Qarabağ”lı namizəd seçkilərə müdaxilə ilə bağlı açıqlama yayıb

Təhsil

7 Noyabr 2010, 13:48

“Qarabağ” siyasi partiyalar blokunun  10 saylı Binəqədi üçüncü seçki dairəsindən vahid namizədi Qorxmaz İbrahimlinin seçki qərargahı məlumat yayıb. Modern.az-a daxil olan məlumatda deyilir ki, “Qarabağ” blokunun səlahiyyətli nümayəndəsi Əsədov Əfqan qanun pozuntuları ilə bağlı birinci press-relizi DSK-ya təqdim edərkən DSK sədri İsgəndər Əliyev sənədi qəbul etməkdən imtina edib, hətta nümayəndəni təhqir və hədələməkdən də çəkinməyib. DSK sədri Ə.Əsədovu həbs etdirməklə hədələyib.         

“Binəqədi qəsəbəsində yerləşən 4 saylı məntəqədə seçki prosesi tamamilə pozulub. Belə ki, “karusel” mövcuddur, seçicilər topa halında məntəqəyə salınır, kütləvi şəkildə səsvermə gedir, qutulara nəzarət etmək mümkün deyil. Eyni zamanda, seçki komissiyasına aidiyyəti olmayan və özünü “minbaşı” adlandıran şəxs heç kimi saymadan, insanları zorla məntəqəyə salır. Bu dairədə yaşanan qanunsuzluq və özbaşınalıqlarla bağlı müşahidəçilər və vəkillər akt imzalayıblar.

5 saylı məntəqədə də yuxarıda qeyd olunan problemlər hökm sürür. Bir nəfər bir neçə dəfə səs verir. 

9 saylı məntəqədə müşahidəçilərin fəaliyyəti üçün şərait yaradılmayıb. Həmçinin, qeydiyyatı olmayan şəxslərin səs verməsi, “karusel” və barmaqların yoxlanılmaması aşkar olunub.

3 saylı məntəqədə də oxşar vəziyyətdir. Bu məntəqədə xüsusilə arxa qapıdan naməlum şəxslərin içəri soxularaq, səsverməyə cəlb olunduğu aşkarlanıb”.

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə