29 saylı Səbail seçki dairəsindən deputatlığa bitərəf namizəd Fuad Muradovun seçki qərargahı məlumat yayıb. Modern.az-a daxil olan məlumatda bildirilib:
”Azadlıq.info 29 saylı Səbail seçki dairəsində 16, 12, 19, 20 saylı məntəqələrdə qanun pozuntularının olduğu və bunun aktlaşdırıldığı xəbərini yazıb. Guya bir qrup tələbə və MİS işçiləri məntəqəyə gələrək namizəd Fuad Muradova səs veriblər.
Fuad Muradovun seçki qərargahı faktı araşdırıb. Məlum olub ki, tələbələrdən ibarət dəstə adlandırılan insanlar səhvən həmin məntəqəyə gəliblər.
Məntəqədən onlara bildirilib ki, onlar digər dairədə Səbail-Nəsimi dairəsində səs verməlidirlər. Məntəqədə olan müşahidəçilər bildiriblər ki, 12, 19, 20 saylı məntəqələrdə hər hansı qanun pozuntusu və onun aktlaşdırılması olmayıb”.