Modern.az

Tanınmış namizədlərin dairələrində seçici fəallığı necədir..? (adlar və faizlər)

Tanınmış namizədlərin dairələrində seçici fəallığı necədir..? (adlar və faizlər)

Təhsil

7 Noyabr 2010, 14:29

Parlament seçkilərində iştirak etmək üçün vəsiqə qazanmış bütün namizədlərin adları demək olar ki, bəllidir. Modern.az saytı oxucuların marağını nəzərə alıb ölkədə tanınmış insanların, ictimai xadimlərin, hüquqşünasların, siyasətçilərin və digər peşə sahiblərinin mübarizəyə atıldığı dairlərdə aktivlik faizələri ilə maraqlanıb.
Beləliklə, adlar və səs faizlərinə diqqət yetirək...

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun namizəd olduğu 1 saylı Şərur-Sədərək seçki dairəsində fəallıq diqqəti çəkir. Saat 12.00-a olan məlumata görə, 41,29 faiz seçici səs verib.  

Spiker Oktay Əsədov və deputat Arzu Səmədbəylinin mübarizə aparıdığı  8 saylı Binəqədi 1-ci seçki dairəsində isə fəallıq saat 12-yə qədər 29,28 faiz olub.

14 saylı Xəzər ikinci seçki dairəsindən isə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva namizəddir. Burada saat 12-yə olan məlumata görə seçicilərin 38,97 faizi səs verib

Müsavat başqanı İsa Qəmbərin namizəd olduğu 15 saylı Yasamal birinci seçki dairəsində artıq seçicilərin 21 faizi səs verib.  

Millət vəkili Ülvi Quliyevin namizəd olduğu 17 saylı Yasamal üçüncü seçki dairəsində isə 26 faiz seçici səs verib.  Burasa Ülvi Quliyevlər ASDP sədri Araz Əlizadə, ADP funksoneri Həsrət Rüstəmov, dosent Nüşabə Sadıxlı və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid yarışırlar.

18 saylı Nərimanov-Nizami seçki dairəsindən isə bülletenlərə professor  Cəmil Həsənli, politoloq Rasim Musabəyov və Azadlıq Partiyasının sədri Əhməd Orucun adı salınıb. Seçicilərin 16,9 faiz səs verib. 

19 syalı Nərimanov birinci seçki dairəsindən AXCP sədrinin müavini Gözəl Bayramova və YAP icra katibi Əli Əhmədovun adları var. Burada seçicilərin səs faizi 19 faizdir.

ADP sədri Sərdar Cəlaloğlunun namizəd olduğu 21 saylı Nəsimi birinci seçki dairəsində seçicilərin 13.2 faizi səs verib.

22 syalı Nəsimi ikinci seçki dairəsində millət vəkilləri Pənah Hüseyn və Asim Mollazadə marafona qoşulublar. Burada seçici fəallığı 7,79 faiz təşkil edib.

25 syalı Nizami ikinci seçki dairəsindən Rauf Arifoğlu və “Ədalət” Partiyasının sədr müavini Elxan Şükürlü, Cümhuriyyət Xalq Partiyasının Bədrəddin Quliyev namizədlikldəri qeydə alınan tanınmış simalardır. Burada saat 12-yə olan məlumata görə seçici fəallığı 13.5 faiz olub.

29 saylı Səbail seçki dairəsindən Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov, AXCP sədrinin müavini Həsən Kərimov namizəddir. Burada seçici fəallığı saat 12-yə olan məlumata görə, 18.26 faizdir.
 
Maraqlı dairələrdən biri də 31 saylı Suraxanı ikinci seçki dairəsidir. Burada AXCP sədri Əli Kərimli keçmiş silahdaşı Fərəc Quliyevlə, deputat Əhəd Abıyev və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə mübarizə aparır. Bu dairə hələki passiviliyə görə liderdir. Saat 12-yə olan məlumata görə, burada seçicilərin 8,88 faizi səs verib.

35 saylı Xətai üçüncü seçki dairəsində isə “Ümid” Partiyasının sədri  İqbal Ağazadə namizəddir. Burada seçicilərin 18, 87 faizi səs verib.

39 syalı Kəpəz birinci seçki dairəsində AMİP sədri Yusif Bağırzadə və YAP-ın namizədi Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyevin mübariz aparıdığı dairədə seçicilərin 25,44 faizi səs verib.

42 saylı Sumqayıt seçki dairəsindən namizəd KXCP sədri Mirmahmud Mirəlioğludur. Burada hələki 22,70 faiz seçici səs verib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə