Modern.az

224 nəfərin ölümünə partlayış səbəb olub

 224 nəfərin ölümünə partlayış səbəb olub

7 Noyabr 2015, 00:38

 

Misirdə qəzaya uğrayan Rusiya təyyarəsinin göyərtəsindəki səsyazan cihaz mühərrikin nasazlığı ilə əlaqəsi olmayan partlayış qeydə alıb. Modern.az xəbər verir ki, bu barədə “France 2” telekanalı məlumat yayıb.

 Telekanalın yaydığı məlumata görə, insidentin səbəblərini araşdıran müstəntiqlər bildirib ki, təyyarənin “qara qutusu”ndakı yazı uçuş zamanı partlayışın baş verdiyini müəyyən etməyə imkan verir. 

Onların sözlərinə görə, partlayışın mühərrikin nasazlığı ilə əlaqəsi olmayıb.

Qeyd edək ki, Rusiya hakimiyyəti bu arada Misirə uçuşlara qadağa qoyub. Bəzi məlumatlara görə, qərara səbəb yeni məlumatların əldə edilməsi olub.  

Xatırladaq ki, Rusiyaya məxsus  “Airbus A321” təyyarəsinin  qəzaya uğraması nəticəsində 224 nəfər ölüb.  

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu