Modern.az

Rusiyalı keçmiş nazir müəmmalı şəkildə ABŞ-da öldü - FOTO

Rusiyalı keçmiş  nazir müəmmalı şəkildə ABŞ-da öldü - FOTO

7 Noyabr 2015, 09:32


“Qazprom-media” şirkətinin sabiq başçısı, Rusiyanın keçmiş mətbuat naziri Mixail Lesin Vaşinqtonda ölüb.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, onun ürək tutmasından öldüyü bildirilir.  

Vaşinqton polisinin nümayəndəsi Şon Hikman qeyd edib ki, ölüm faktı ilı bağlı araşdırma aparılır. L

Lakin, o ölənin Mixail Lesin olduğu barədə heç bir şey deməyib.  

Rusiya prezidenti Vladimir Putin sabiq nazirin ölümü ilə bağlı onun yaxınlarına başsağlığı verib.

Mixail Lesin 1999-2004-cü illərdə çap, teleradio yayımı və kütləvi kommunikasiya vasitələri üzrə nazir vəzifəsində çalışıb. Onun 57 yaşı var idi.


Aqşin Kərimov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır