Modern.az

66 ildən sonra bir ilk bu gün gerçəkləşib

66  ildən sonra bir ilk bu gün gerçəkləşib

7 Noyabr 2015, 11:44


Çin və Tayvan liderləri 66 il sonra ilk dəfə bu gün Sinqapurda bir araya gəlib.

Modern.az  xarici KİV-ə istinadən xəbər verir ki, 1949-cu ildə Çin Vətəndaş Müharibəsinin başa çatdıqdan sonra Çin Millətçi Partiyası lideri Tayvana qaçması nəticəsində iki ölkə arasında münasibətlər dayanmışdı.

Çin lideri Xi Jingping və Tayvan lideri Ma Ying-jeou 66 il sonra iki ölkə arasındakı münasibətlərin yumşalacağı siqnallarını verən tarixi bir addım atıb. 

İki lider bu gün Sinqapurda bir-birinə əl uzadaraq görüşüblər. 

Qeyd edək ki, görüşdən sonra mətbuata açıqlama olmayacağı bildirilib.  

Ağa  Akifoğlu

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir