Modern.az

Dünyanın ən faydalı qidaları - SİYAHI

Dünyanın ən faydalı qidaları - SİYAHI

Mədəni̇yyət

7 Noyabr 2015, 16:38


Dünyaca məşhur “Forbes” jurnalı hər kəsin mütləq istifadə etməli olduğu, dünyanın ən sağlam on qidasının adını açıqlayıb.

Somon balığının tərkibindəki “Omega 3” beyni və ürəyi qoruyur, ruh halını tarazlaşdırır və qan şəkərini tənzimləyir

Lobya çəkini stabil saxlayır,  qan şəkərini tənzimləyir, xərçəng və ürək xəstəliyindən qoruyur.  

Gündəlik tövsiyə edilən istifadə miqdarı 25-38 qramdır.  

Gül kələmi bütün xərçəng risklərini azaldır. Mineral və vitamin nisbətləri çox yüksəkdir. Eyni zamanda da bədəni toksinlərdən təmizləyən kimyəvi maddələrə malikdir.  

Nar antioksidanla zəngindir. Qan təzyiqini tarazlaşdırır, damarları qoruyur və şişlərin böyüməsini əngəlləyir.  

Alma ağciyər xərçəngi, astma və diabetə qarşı qoruyur. Sümük gücləndirən K vitamini ilə zəngindir. Yeməklərdən yarım saat əvvəl yeyiləndə iştahanı öldürür.  

Süd zülal və B12 vitaminin mənbəyi hesab edilir.  

Qaragilənin tərkibində yaddaşı gücləndirən və xərçəngdən qoruyan antioksidanlar mövcuddur.  

Yumurta zülal baxımından zəngin, amma kalorisinə görə olduqca yüngül qida hesab olunur. Beyin və göz üçün olduqca faydalıdır.  

Həftədə 5 dəfə qoz-fındıq yemək ürəyi xəstəliklərdən qoruyur, onun sıradan çıxma riskini 30-50 faiz azaldır. Hər gün 25 qram badam, qoz, fıstıq, fındıq yemək ürək xəstəliklərindən qorunmaq üçün kifayət edir.  

Qırmızı ət “Omega 3” ilə zəngindir. Qədərincə istifadə edildikdə xərçəngdən qoruyur. Eyni zamanda da zülal və B12 vitamini ilə zəngindir.

Vüsalə Qəzənfərqızı

 
Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı