Modern.az

Bağdadda törədilən partlayışda 9 nəfər ölüb

Bağdadda törədilən partlayışda 9  nəfər ölüb

7 Noyabr 2015, 21:24

 

İraqın paytaxtı Bağdadda bir-birinin ardınca baş verən üç partlayış nəticəsində 9 nəfər ölüb, 15 nəfər yaralanıb. Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, paytaxtdan 25 km aralıda törədilən ilk partlayış zamanı 5 polis əməkdaşı və 1 dinc sakin ölüb.

İkinci partlayış Bağdadın şimal-qərb hissəsində baş verib, 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Daha bir terror aktı şəhərin cənubunda törədilib, 1 nəfər ölüb, 6 nəfər yaralanıb. BMT-nin məlumatına görə, sentyabr ayında İraqda 717 insan zorakılığın qurbanı olub, 1 200 nəfər yaralanıb. Modern.az 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər