Modern.az

Taliban qüvvələri arasında atışma - 70 nəfər öldürülüb

 Taliban qüvvələri arasında atışma  - 70 nəfər öldürülüb

8 Noyabr 2015, 21:50

 

Əfqanıstanın güneyindəki Zabul şəhərinin Haki Afgan və Şahcuy qəsəbələrində Taliban qruplaşmasının iki komandiri arasında qarşıdurma yaranıb. Modern.az saytının məlumatına görə Talibanın yeni lideri Molla Ahtar Muhamməd Mansura bağlı qrupla Mansur Dadullaha məxsus qruplar arasında ötən gecə qanlı toqquşma başlayıb. Nəticədə indiyədək 70 nəfər öldürülüb. Öldürülənlərdən 60 nəfəri Mansur Dadullahın, 10 nəfəri isə Talibanın yeni lideri Molla Ahtar Muhamməd Mansura bağlı şəxslər olub.

  Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir