Modern.az xəbər verir ki, "Seçkilər” İnformasiya Mərkəzinin saat 17:00-a olan məlumatına görə, respublika üzrə səsvermədə seçicilərin 44,75 %-i səs verib. Bu isə o deməkdir ki, ölkə üzrə seçicilərin 2 milyon 213 min 398 nəfəri səsvermədə iştirak edib. Qeyd edək ki, ölkə üzrə 4 milyon 946 min 588 nəfər seçici var.
Mərkəzin məlumatına görə, ən fəal dairə 14 saylı Xəzər ikinci seçki dairəsidir. Saat 17.00-a qədər orada seçicilərin fəallığı 72.7 % olub.