Modern.az

Bu da axırı: səsvermə qurtardı, məntəqələr bağlanıb...

Bu da axırı: səsvermə qurtardı, məntəqələr bağlanıb...

Təhsil

7 Noyabr 2010, 19:12


4-cü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermə  başa çatdı. Saat 19.00-da səsvermə üçün nəzərdə tutulmuş vaxt bitib və məntəqələrin qapıları bağlanıb. Bundan sonra məntəqələrdə səslərin sayılması prosesi başlanır.

Qeyd edək ki, bu gün Milli Məclisə seçkilər 125 dairədə, 5314 seçki məntəqəsində keçirilib.
7 noyabr seçkilərində 690 nəfər deputatlığa namizədin adı seçki bülletenlərinə daxil edilib. Seçkiləri izləmək üçün bu günədək ümumilikdə 46639 yerli müşahidəçi qeydiyyatdan keçib. Bütün respublika ərazisində müşahidə aparmaq niyyəti ilə MSK tərəfindən 3466, DSK-lar tərəfindən isə 43173 müşahidəçi qeydiyyatdan keçib. Ən çox namizəd olan dairədə 14, ən az namizəd olan dairədə 4 nəfər deputatlıq uğrunda mübarizə aparıb. Yeni Azərbaycan Partiyasının 107, müxalifət partiyalarının isə 140 namizədi var.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə