Modern.az

Deputatlar parlamentin zalında uşaq əmizdirmək istəyirlər

Deputatlar parlamentin zalında uşaq əmizdirmək istəyirlər

11 Noyabr 2015, 10:13

Böyük Britaniyanın qadın deputatları uşaqlarını İcmalar Palatasının iclası zamanı zalda əmizdirməklərinə razılıq verilməsini istəyirlər. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu ideyanı Leyboristlər Partiyasından olan deputat Cess Fillips formalaşdırıb.

O, indiki qanunvericiliyə düzəliş etməklə daha çox sayda qadının siyasətə gəlişinin stimullaşdırılmasına çağırış edib. Xanım deputat uşaqların iclas zalında əmizdirilməsi ilə yanaşı, parlamentarlara məktəb yaşına çatmayan uşaqların özləri ilə işə gətirmələrinə razılıq verilməsini də təklif edib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?