Yunanıstan baş naziri Alexis Tsipras baş nazir Əhməd Davudoğlunun dəvəti ilə noyabrın 18-də Ankaraya işgüzar səfərə gələcək.
Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, ziyarət zamanı keçiriləcək görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı regional və beynəlxalq mövzular da müzakirə ediləcək.
Qeyd edək ki, bundan əvəl Tsipras Türkiyəni miqrant məsələsində ittiham etmişdi. O demişdi ki, Türkiyə miqrantların Avropaya axınına göz yumur və buna qarşı efektiv mübarizə aparmır.Modern.az