Modern.az

Polisdən qaçmaq istəyən vəhhabi yıxılıb öldü

 Polisdən qaçmaq istəyən vəhhabi yıxılıb öldü

11 Noyabr 2015, 22:59

 

“Vnukovo” hava limanının polis əməkdaşları bir neçə metr yüksəklikdən yıxılaraq ölən kişi ilə bağlı araşdırma aparır. Modern.az Rusiya mediasına istinadən bildirir ki, ilkin məlumata görə, kişi hüquq-mühafizə orqanlarının əməkdaşları sənədlərini yoxlamaq istəyərkən qaçmağa cəhd edib.

Üzərinə baxış zamanı onun cibindən vəhhabi təmayüllü ədəbiyya və Tacikistan vətəndaşı olan pasport tapılıb. Bundan başqa onun üstündə olan biletə görə həmin şəxs noyabrın 11-də yerli vaxtla saat 9:15-də “Domodedovo” hava limanından uçmalı imiş.

Şahidlərin sözlərinə görə, kişi terminalın ikinci mərtəbəsində gəzişərkən polislərin diqqətini cəlb edib, bir qədər sonra çölə çıxaraq estakadaya tərəf gedib. Hazırda onun ölümü ilə bağlı informasiyalar müxtəlifdir.

Bunlardan birinə görə, ölən şəxs estakadan tullanıb. Digər versiyaya görə, o, bir müddət estakadanın kənarında dayanaraq yerə baxıb, hüquq-mühafizə orqanları əməkdaşlarının yaxınlaşdığını gördükdə aşağı tullanıb.

Modern.az  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir