Modern.az

Türkiyə Avropa İttifaqına üzv olmaq üçün səylərini əsirgəməyəcək

 Türkiyə Avropa İttifaqına üzv olmaq üçün səylərini əsirgəməyəcək

12 Noyabr 2015, 00:18

 

Rəsmi Ankara ölkənin Avropa İttifaqına üzv olması yolunda irəliləyiş əldə etmək üçün hər cür səy göstərməyə hazırdır. Modern.az saytının APA-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Avropa Komissiyasının birinci vitse-prezidenti Frans Timmermansla görüşdə bəyan edib.

Danışıqlarda noyabrın 1-də Türkiyədə keçirilmiş parlament seçkiləri, Türkiyənin Avropa İttifaqına inteqrasiya prosesi, miqrant böhranı, readmisiya haqqında sazişin yerinə yetirilməsi diqqət mərkəzində olub.

Ə.Davudoğlu bildirib ki, Türkiyənin Avropa İttifaqına tam şəkildə inteqrasiyası yeni hökumətin ən əsas prioritetlərindəndir:

“Bu mənada biz Avropa İttifaqından zəruri addımların atılmasını gözləyirik. Türkiyə, öz növbəsində, Avropa İttifaqına üzv olmaq üçün səylərini əsirgəməyəcək”.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir