Modern.az

Dünyanın ən populyar futbol həkimi evləndi - FOTO

Dünyanın ən populyar futbol həkimi evləndi - FOTO

12 Noyabr 2015, 10:24

“Çelsi” futbol klubunun keçmiş fizioterapevti Yeva Karneyro ötən gün ailə həyatı qurub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 42 yaşlı həkim qütb tədqiqatçısı və biznes-məsləhətçi Ceyson de Karteretlə evlənib.

Yayılan məlumata görə, Karneyro Londonda baş tutan toy mərasiminə keçmişdə çalışdığı “Çelsi” klubunun bir neçə oyunçusunu dəvət edib. Amma gözlənildiyi kimi, klubun baş məşqçisi Joze Maurinyo mərasimə dəvət olunmayıb.

“Suonsi Siti” ilə matç zamanı zədəli futbolçu Eden Azara meydança daxilində yardım edən həkim heyəti, zədənin ciddi olmadığını düşünən baş məşqçi Joze Maurinyo tərəfindən danlanmışdı. Onun fikrincə, həkimlərin meydançaya daxil olması klubun qalibiyyəti əldən verməsinə səbəb olub. İnsidentdən sonra Maurinyonun tələbi ilə Yeva Korneyro və onun həmkarı klubdan qovuldular.

Hazırda Korneyro ilə Maurinyonun məhkəmə çəkişməsi davam edir. 


Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir