Modern.az

Britaniyalı qadın biri qara, o biri ağ rəngli əkiz doğub (foto)

Britaniyalı qadın biri qara, o biri ağ rəngli əkiz doğub (foto)

8 Noyabr 2010, 10:47


Britaniyada 21 yaşlı qaradərili qadın Şirli Veyls əkiz uşaq- oğlan və qız dünyaya gətirib. Ən maraqlısı odur ki, uşaqların dərilərinin rəngi müxtəlifdir. Oğlan Leo anası kimi qara, onun bacısı Houb isə atası kimi ağ dərilidir. 

Britaniya KİVi yazır ki, Şirli hələ hamiləlik dövründə zarafatla söyləyirmiş ki, onun uşaqlarından biri qara, digəri isə ağ dərili olacaq. Doğuş qeysər üsulu ilə baş verib. Uşaqların səhhəti normaldır. Birinin 2,3 kiloqram, digərinin isə 3,8 kiloqram çəkisi var.
Şirli vurğulayıb ki, doğumun ilk günləri onun yüzlərlə ziyarətçisi olub. Dostları və tanışları bu hadisəyə inanmadıqlarına görə uşaqları öz gözləri ilə görmək üçün xəstəxanaya axışıb.
Gənc ana övladlarını valideynlərinin köməyi ilə tərbiyə etməyi planlaşdırır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə