Modern.az

Avropaya gedərkən ölən qaçqınların meyitləri üst-üstə atılıb - DƏHŞƏTLİ FOTOLAR

 Avropaya gedərkən ölən qaçqınların meyitləri üst-üstə atılıb  - DƏHŞƏTLİ FOTOLAR

Dünya

12 Noyabr 2015, 21:07

 

Yunanıstanın bir internet saytında Samos adasındakı dövlət xəstəxanasının meyitxanada qaçaqlara aid cəsədlərin üst-üstə atıldığı və ekspertizaya göndərilmələri üçün həftələrlə saxlanıldığına dair iddia və fotolar yer alıb. Modern.az bildirir ki, Yunanıstanın aparıcı xəbər saytlarından www.protothema.gr adlı saytın xəbərinə görə, Avropaya sığınmaq üçün ümid səfərində ölən, aralarında uşaq və qadınların da olduğu qaçqınların cəsədləri Samos Dövlət Xəstəxanası meyitxanasında üst-üstə atılıb.

Xəbərlə bağlı fotolar da yayınlarınkən bu vəziyyət ciddi reaksiyalara səbəb olub, mövzu ilə bağlı Yunanıstanın Səhiyyə Nazirliyinin istintaq başlatdığı bildirilib.

 


 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir