Modern.az

Obama Putinlə görüşə bilər

 Obama Putinlə görüşə bilər

12 Noyabr 2015, 23:28

Ağ ev Rusiya və ABŞ prezidentləri “Böyük iyirmilik” (G20) sammiti çərçivəsində bir neçə məsələni müzakirə edəcəklər. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bununla belə Amerika tərəfi ikitərəfli görüş təşkil etmək niyyətində deyil.

“ABŞ prezidenti ilə cənab Putinin rəsmi görüşü planlaşdırılmır. Ancaq G20 kimi tədbirlərdə biz birbaşa diskussiyanın mümkünlüyünü gözləyirik”, - ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Syuzan Rays bəyan edib.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Ben Rods isə noyabrın 12-də Ağ evdə keçirilən birfinqdə prezident Barak Obamanın Antalyadakı G20 sammitində cədvəlini açıqlayarkən deyib ki, onun Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşü qrafikdə yoxdur.

Rodsun sözlərinə görə, Obamanın Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla planlaşdırılan görüşündə İraq-Şam İslam Dövləti (İŞİD) ilə mübarizə və Suriyadakı situasiya müzakirə ediləcək.

Bundan əvvəl isə Ağ ev nümayəndəsi Ben Rods bəyan edirdi ki, G20 sammitində Putinlə Obamanın bu və ya digər formatda ünsiyyəti istisna edilmir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə xəbər verib ki, Vladimir Putinin Barak Obama ilə görüşündən danışmaq hələ tezdir.  

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...