Modern.az

Ərdoğan Obama ilə görüşəcək

Ərdoğan Obama ilə görüşəcək

Dünya

13 Noyabr 2015, 10:04


Antalyada keçiriləcək G20 Sammiti çərçivəsində bazar günü ABŞ prezidenti Barak Obama Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Ağ Ev təmsilçisi Ben Rodes bildirib.

O deyib ki, Obama bazar günü Antalyaya gəldikdən sonra Ərdoğanla görüş keçirəcək. Görüş zamanı "İslam Dövləti" ilə (İŞİD) mübarizə və Suriyadaki vəziyyət müzakirə olunacaq.

Rodes həmçinin qeyd edib ki, bazar ertəsi Obama G20 Sammitinin açılış mərasimində iştirak edəcək, Avropa dövlətlərinin liderləri ilə görüşəcək. Görüş İŞİD ilə mübarizə və Ukraynada vəziyyət müzakirə olunacaq.

Modern.az

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir