Modern.az

Putindən Obamaya İTTİHAM: “Müharibə başlatmaq istəyirsiniz?”

Putindən Obamaya İTTİHAM: “Müharibə başlatmaq istəyirsiniz?”

13 Noyabr 2015, 18:05

 

Rusiya prezidenti Vladimir Putin Rusiyanın “İnterfaks” və Türkiyənin “Anadolu” agentliklərinə müsahibə verib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin ABŞ Senatının Ukraynaya leqal silah satışına icazə verən qanunun qəbulunu sərt tənqid edib. Onun fikrincə, baş verənlər rəsmi Vaşinqtonun Donbasda müharibəni yenidən qızışdırmaq istəyi ilə bağlıdır.  

“Hərbi əməliyyatların dayandırıldığı və atəşkəsin tək-tük hallarda pozulduğu şəraitdə ABŞ Konqresinin Ukraynaya leqal silah tədarükü ilə bağlı qəbul etdiyi qanun anlaşılmazdır. Sual yaranır: bu müharibəni qızışdırmaq və aktiv hərbi əməliyyatlar başlatmaq niyyətidir?”.  

Putinin fikrincə, Donbasdakı situasiyanın dondurulmuş münaqişəyə çevrliməsi ehtimalı yüksəkdir və buna cənub-şərqi Ukraynadakı separatçı qurumları blokadaya alan rəsmi Kiyev cavabdehdir. Onun sözlərinə görə Rusiya Donbasa yalnız humanitar yardım göstərir.  

Noybarın 10-da ABŞ Konqresinin yuxarı palatası Ukraynaya 300 milyon dollar dəyərində silah-sursat satılması barədə qərarı təsdiqləmişdi.  

Vüqar İsmayılov  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?