Modern.az

Baş nazirə qız gətirən biznesmenə hökm oxundu

 Baş nazirə qız gətirən biznesmenə hökm oxundu

13 Noyabr 2015, 22:39

 

İtaliyalı biznesmen Canpaolo Tarantini sutenyorluqda təqsirli bilinərək 7 il 10 ay azadlıqdan məhrum edilib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Tarantini 2009-cu ildə İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin şəxsi villasına qızları çağırmaqda ittiham olunub. Bu xidmətinin əvəzində iş adamı özü üçün sərfəli dövlət sifarişi və maliiyələşmə əldə edib.

Biznesmenlə birlikdə KİV-lərdə “arı kraliçası” kimi tanınan Sabina Beqana hökm oxunub. O, 16 ay həbsxanada yatacaq. Qadın ifadə verərkən göz yaşları ilə Berluskoniyə olan məhəbbətindən danışıb. Berluskoninin isə bu iş üzrə vəziyyəti birmənalı deyil. O, şahid kimi məhkəməyə çağırılıb, eləcə də Tarantini tərəfindən zoraıkılıq qurbanı kimi də tanınıb.   Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır